Ana səhifə
21 Sentyabr 2018

27 yaşlı futbolçu güllələndi

Cənubi Afrika Respublikası (CAR) millisinin qapıçısı Senzo Meyiva naməlum şəxslər tərəfindən qətlə yetirilib. 

 

Ucnoqta.az” Apasport.az saytına istinadən xəbər verir ki, yığmanın kapitanı olan 27 yaşlı futbolçu Yohanesburq yaxınlığındakı evlərin birində güllələnib. Həmin evin onun dostuna məxsus olduğu ehtimal edilir. Yerli polis cinayətin evi qarət etməyə cəhd edən 3 şəxs tərəfindən törədilməsi versiyasını irəli sürüb. Lakin atəş açılandan sonra onlar gizlənə biliblər. Cinayətkarları tapmaqda kömək edə biləcək məlumat üçün 14 min dollar mükafat vəd edilib.

 

Qeyd edək ki, karyerası boyu “Orlando Payrets”ə sadiq olan qolkiper 2013-cü ildən millinin şərəfini qoruyur.

 

Tarix
27 Oktyabr 2014 [11:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin