Ana səhifə
15 Noyabr 2018

“Rabitəbank”a yeni sədr təyin edildi

Oktyabr ayının 24-ü “Rabitəbank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.


Ucnoqta.az axar.az-a istinadən xəbər verir ki, digər məsələlərlə yanaşı yığıncaqda “Rabitəbank” İdarə Heyətinin sədri vəzifəsinə Elçin Qədimov təyin olunub.


Qeyd edək ki, E. Qədimov 2006-cı ildən “Rabitəbank”da İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Bundan əvvəl digər kommersiya bankında İdarə Heyətinin Sədr müavini, Azərbaycan Beynəlxalq Bankı və Əmanət Bankında müxtəlif vəzifələrdə çalışıb.


E. Qədimov Azərbaycan İqtisad Universitetinin mühasibat uçotu və audit fakultəsini bakalavr və magistr dərəcəsi və ABŞ-da MBA dərəcəsi üzrə təhsil alıb.


“Rabitəbank” 1993-cü ildən fəaliyyət göstərir. 30 sentyabr tarixinə “Rabitəbank”ın aktivləri 261 mln. manat, məcmu kapitalı 55 mln. manat və vergilərdən əvvəl mənfəəti 3,3 manat təşkil edib.


Bankın xidmət şəbəkəsi 22 filial və 2 şöbədən ibarət olaraq Bakı şəhəri və 16 regionu əhatə edir.

 

Tarix
27 Oktyabr 2014 [11:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin