Ana səhifə
13 Noyabr 2018

Məcburi köükün sahibkarlara güzəştli kreditlər verilib

Onlar məskunlaşdıqları ərazilərdə sahibkarlıq fəaliyyətinə cəlb olunur

 

 

Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilmiş tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin sosial şəraiti yaxşılaşmış, onlar üçün yeni qəsəbələr salınmış, müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunub, çadır düşərgələri tamamilə ləğv edilib.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də davamlı olaraq tədbirlər həyata keçirilir. Ümumiyyətlə, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, işsizliklə mübarizə, azad rəqbət şəraitinin yaradılması və s. istiqamətlərdə görülən işlərin iiçərisində sahibkarlara verilən güzəştli kreditlərin xüsusi yeri var. Sahibkarları onlar üçün yaradılmış imkanlar barədə məlumatlandırmaq məqsədilə İqtisadiyyat  və  Sənaye  Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu hər ay paytaxtın qəsəbələrində və regionlarda iş adamları ilə görüşlər keçirir.

 

Avqustun 13-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunun Quzanlı qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Ağdam və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib. Yüzə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağdamda kiçik cins heyvandarlıq, tərəvəzçilik və bağçılıq təsərrüfatlarının, çörək sexlərinin, digər nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizinədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə Fond tərəfindən davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə onların sahibkarlıq fəaliyyətinə cəlb olunması və biznes fəaliyyəti ilə məşğul olmaları üçün dövlətin güzəştli kreditləri verilir. İndiyədək 1704 məcburi köçkün sahibkara 37,5 milyon manat güzəştli kredit ayrılıb. Məcburi köçkünlərə verilmiş güzəştli kreditlər hesabına 3200-dən çox yeni iş yeri yaradılıb. 2015-ci ilin ötən dövründə isə 187 məcburi köçkünə 4 milyon manatadək güzəştli kredit verilib ki, bu kreditlər hesabına 250-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ümumilikdə isə 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3590-dan çox sahibkara 132,8 milyon manat güzəştli kredit verilib. İşgüzar forum çərçivəsində  Ağdam və ətraf rayonlarından olan 49 sahibkara 533 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 68 yeni iş yerinin yaradılması mümkün olacaq.

 

Forum çərçivəsində Ağdam rayonunun Əfətli kəndində dövlətin güzəştli krediti ayrılmış müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilib.

 

Bu ilin əvvəlində isə qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Bilasuvar rayonunda Sahibkarlığa Kömək Milli Fondu tərəbindən məcburi köçkün həyatı yaşayan sahibkarlara da güzəştli kreditlər verilib. Yanvarın 23-də Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 saylı qəsəbədə dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair bu ilin ilk işgüzar forumu keəirilib, 80-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində regionda məcburi köçkünlərin məşğul ola biləcəyi güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr - cins heyvandarlıq, çörək və şirniyyat məhsullarının istehsalı, tikiş və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Cəbrayıldan olan 254 məcburi köçkünə 1,7 milyon manat güzəştli kredit verilib, bu kreditlərin reallaşdırılması nəticəsində 3000-dən çox yeni iş yerinin yaradılması mümkün olub.

 

Qeyd edək ki, məcburi köçkünlərə 2014-cü ildə də kifayət məbləğdə güzəştli kredit verilib. 2014-cü il ərzində 317 məcburi köçkün sahibkara 7,7 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 550-yə yaxın yeni iş yeri yaradılıb. Sentyabr ayı ərzində  Şamaxı, Goranboy, Biləsuvar və Suraxanı rayonlarında sahibkarlar üçün işgüzar forumla keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair Şamaxıda keçirilən işgüzar forumda Şamaxı rayonunda verilmiş güzəştli  kredit hesabına 130-a yaxın yeni iş yerinin açılması mümkün olub. Ümumiyyətlə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərənn sahibkarlıq subyektlərinin 1340 investisiya layihəsinin maliyyələşdirilib, digər sahələrlə yanaşı, ixtisaslaşdırılmış «yaşıl market», müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlər, heyvandarlıq kompleksləri, quşçuluq fabriki, çörək zavodu, meyvə, ət və süd emalı müəssisələri, üzümçülük təsərrüfatları və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5 mindən çox yeni iş yeri yaradılıb.

 

 Ötən il Goranboy rayonunda  Xankəndi və Xocalıdan olan məcburi köskün sahibkarlarla görüşdə 58 sahibkara 382 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması isə 60-dan çox yeni iş yerinin yaradılması deməkdir.  Verilmiş kreditlər, əsasən, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldilib.

 

Oktyabrın 3-də isə Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkün sahibkarlarla dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair işgüzar forum keçirilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hazırlanmış güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun olan sahələrə - ixtisaslaşdırılmış «yaşıl market»in, fermer mağazalarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, cins heyvandarlıq və üzümçülük təsərrüfatlarının  yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, bu investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanıb.

 

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Füzuli və ətraf rayonlardan olan 43 sahibkara 721 min manat güzəştli kredit verilib

Tarix
14 Avqust 2015 [17:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin