Ana səhifə
17 Noyabr 2018

Zəlimxan Yaqub: "Xəstəliklə mübarizə aparıram"

Xalq şairi Zəlimxan Yaqub Almaniyadan müayinədən qayıdıb.

 

 

Ucnoqta.az-ın məlumatına görə, səhhəti ilə bağlı ən son məlumatı publika.az-a şair özü çatdırıb:

 

"Almaniyada 15 gün müayinə və müalicə olundum. Həikmlər məni təpədən-dırnağa kimi yoxladılar, analizlər götürdülər. Yenə də dedilər ki, böyrək dəyişdirilməsi mümkünsüzdür. Bərk-bərk tapşırdılar ki, özümü gözləyim. Yeməyimə-içməyimə fikir verməliyəm, nə gəldi yemək olmaz. Həkimlər ciddi pəhriz saxlamağı tapşırıblar, bir də təmiz hava. Buna görə də birbaşa Gürcüstana, dədə-baba yurdum Kəpənəkçiyə gəlmişəm. Burada da müntəzəm olaraq, dializ qəbul edirəm".

 

Kəpənəkçidə kənd camaatı ilə görüşdüyünü və onlardan güc aldığını deyən şair yeni şeirlər yazdığını da dilə gətirib:

 

"Bura gəlişimin bir məqsədi də yeni şeirlər yazmaqdır, hamısını Bakıya gələn kimi nəşr etdirəcəyəm. Çalışıram xəstəliyə güc gəlim, mübarizə aparıram. Görək mən qalib çıxacağam, yoxsa xəstəlik? Dünən kənd camaatı ilə görüşdüm, məni ruhlandırdılar, ürək-dirək verdilər. Doğmaların qəbrini ziyarət etdim, özümü yaxşı hiss edirəm".

 

Qeyd edək ki, xalq şairi böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

Tarix
21 Avqust 2015 [17:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin