Ana səhifə
22 Sentyabr 2018

Kürdəmirdə buğda səpininə görə fermerlərə 424485 manat yardım verilib

Lizinq yolu ilə alınmış 158 baş cins düyə artırılaraq 500 başa çatdırılıb

 

 

Azərbaycanda davamlı və tarazlı inkişafı təmin edilib, sosial məsələlərin köklü həll edilməsi mümkün olub. Biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investiyaların iqdisadiyyatın bütün sahələrinə yönəldilməsi, iqtisadiyyatın diversifikasiyasına, tarazlı və davamlı sosial-iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına səbəb olub. Kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərilib, o cümlədən emal müəssisələrinin yaradılması, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafı və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılması təmin edilib. Milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, sahibkarların fəaliyyəti üçün də yaxşı imkanlar açılıb. Bu onu göstərir ki, bu gün Azərbaycanda sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilib. Bununla da ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün geniş imkanlar yaranıb. Azərbaycan vətəndaşları ölkənin bütün regionlarında - istər şəhərlərdə, istərsə də kəndlərdə öz əmlaklarından və digər şəxsi imkanlarından, dövlətin maliyyə yardımlarından istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlər. Dövlət səviyyəsində sahibkarlara göstərilən qayğı isə öz bəhrəsini verməkdədir. Buna sübut kimi sahibkarlığın sürətlə inkişaf etməsini və  bu sahədə qazanılan uğurları göstərmək olar. Bir sözlə sahibkarlıq fəaliyyəti Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsində xüsusi rol oynayır. Kürdəmir rayonunda da sahibkarlara hər tərəfi dəstək göstərilir. Rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən sahibkarlara 45,0 min manat məbləğində güzəştli kreditlər verilib. Hazırda iri buynuzlu mal qaranın sayı 64.2 min başa, qoyun keçilərin sayı 132.7 min başa çatıb, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunub bu ilin birinci yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1.2 faiz, süd istehsalı 0.6 faiz,  yumurta istehsalı 0.5 faiz, yun istehsalı 3.4  faiz artıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Bu ilin birinci yarımilliyində rayonda fəaliyyət göstərən 8 süni mayalanma texnikləri tərəfindən 417 iri buynuzlu mal süni mayalandırılıb, 190 başdan çox cinsi yaxşılaşdırılmış bala alınıb. Lizinq yolu ilə alınmış 158 baş cins düyə artırılaraq 500 başa çatdırılıb. Bu sahəyə dövlətin maliyyə dəstəyi daima genişlənir. Məsələn, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında sərəncam imzalayıb. Sərəncamla əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib. Nazirlər Kabinetinə süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi qaydasını iki ay müddətində müəyyən etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Aüydındır ki, ğu sərancam  sahibkarlıq təsərrüfatlarının heyvandarlığa marpağını artıracaq. Bundan başqa, heyvandarlıqla məşğul olan sahibkarların itkilərə məruz qalmaması üçün rayondakı təsərrüfatlarda qarayara xəstəliyinə qarşı 63818 baş iri buynuzlu, 124917 baş xırdabuynuzlu, 965 baş təkdırnaqlı heyvanlarda profilaktik peyvəndləmələr aparılıb. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 8039 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilmiş, nəticədə xəstə aşkar edilməyib. Kürdəmir rayonunda kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 874 manat dəyərində inventar və avadanlıq alınaraq rayon baytarlıq idarəsinə verilib. Kürdəmir rayonunda broyler quşçuluq fabrikində yenidənqurma işləri aparılıb və istehsal gücü artırılıb. Hazırda fabrikdə 20 min baş quş yetişdirilir.

2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına-sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına yardım edilib. Rayon üzrə 1424 istehsalçıya 424485 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 40 nəfər sahibkara 42,1 min manat dəyərində 113 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Sahibkarların keyfiyyətli toxumla təmin edilməsi istiqamətində də rayonda mühüm işlər həyata keçirilib. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 1 özəl toxumçuluq təsərrüfatına güzəştli şərtlərlə 1 ton qarğıdalı toxumu ayrılıb. “Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Kürdəmir rayon aqroservis filialı 77 ədəd, o cümlədən 27 ədəd taxılyığan kombayn, 9 ədəd traktor və 41 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə 440 ədəd, o cümlədən 10 ədəd taxılyığan kombayn, 165 ədəd traktor, 2 ədəd ekskavator və 274 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib. Bu dəstək isə məhsul istehsalında özünü daha qabarıq göstərib. 38788 hektarda taxıl əkilib. Taxıl biçininə kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 136 kombayn çıxarılıb. 20 iş günü müddətinə ən minimal itkilərlə taxıl biçini başa çatdırılıb. Yüksək məhsul əldə etmək üçün görülmüş aqrotexniki tədbirlər və havaların taxılçılıq üçün əlverişli olması nəticəsində bu il rayonun tarixində rekord miqdarda 109 min tondan çox məhsul istehsal edilib, hektardan məhsuldarlıq 28,1 sentner olub ki, buda ötən ildəkindən 12 sentner çoxdur.

Toxum istehsalına daha diqqətlə yanaşılıb, 6 min tonadək toxumluq dəni ayrılıb və çeşidlənərək 5 min tondan çox yüksək reproduksiyalı toxum əldə edilib. Bu il rayonda 1300 hektardan çox sahədə dənlik qarğıdalı əkilib, ən müasir texnologiya ilə becərilməsi təşkil olunub. 12980 hektarda yonca, 1214 hektarda kartof, 2690 hektarda tərəvəz, 4098 hektarda bostan, 86 hektarda günəbaxan, 32 hektarda yerfındığı becərilir. Becərmənin gedişi və sahələrdə məhsulun vəziyyəti göstərir ki, yazlıq əkinlərdən bu il daha  çox məhsul götürüləcək. 

Rayonda həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, iqtisadiyyatın digər sahələrində də yüksək nəticələr əldə edilib. 2015-ci ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 14 faiz artaraq, 169152,7 min manat, ümumi məhsul buraxılışının sənaye sahəsi keçən illə müqayisədə 64,4 faiz artaraq 26857,2 min manat, kənd təsərrüfatı sahəsi 15,4 faiz artaraq 61286,0 min manat, tikinti, nəqliyyat və rabitə sahələrində də keçən ilin müvaq dövrü ilə müqayisədə artım əldə olub.

Tarix
21 Avqust 2015 [21:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin