Ana səhifə
19 Sentyabr 2018

İmişli rayonunda emal sənayesi inkişaf etdirilir

Hər hektar buğda səpininə görə 4018 istehsalçıya 387515 manat yardım verilib

 

 

Bu il yanvarın 29-da İmişli rayonunun Ölcələr kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, sahibkarlıq subyektlərindən müasir ailə fermer təsərrüfatlarının, çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, “yaşıl market” və kiçik fermer mağazalarının, intensiv bağçılıq təsərrüfatlarının yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. İmişli və ətraf rayonlardan olan 98 sahibkara 896 min manat güzəştli kredit verilib. Forum çərçivəsində İmişlidə güzəştli kredit ayrılmış 3 800 ha ərazidə iri fermer təsərrüfatına da baxış keçirilib. Bu təsərrüfata SKMF tərəfindən 5 mln. manat güzəştli kredit verilib. Ümumilikdə rayon ərazisində  30 min hektardan artıq ərazidə 19 iri fermer təsərrüfatının yaradılmasına 47,3 mln. manat dövlətin güzəştli kreditləri verilib. Bundan başqa, ilin sonrakı aylarında da sahibkarlara maliyyə yardımı davam edib. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 4018 istehsalçıya 387515 manat yardım verilib. Rayonda taxıl toxumçuluğunun inkişafı məqsədilə 9 özəl toxumçuluq təsərrüfatı yaradılıb və hal-hazırda toxumçuluq fəaliyyəti ilə məşğul olurlar. Bundan başqa, sahibkarlara verilən güzəştli kredit hesabına bütün fəsillərdə əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün 10 ha ərazidə yeni istixanaların inşa olunmasına başlanılıb, bu istiqamətdə işlər davam etdirilir. Şəkər zavodu fəaliyyətini genişləndirib, qüvvəli yem istehsalı sexləri qurulub. Rayonun təsərrüfatlarında bu ilin məhsulu üçün bağlarda və bitkiçilik sahələrində aqrotexniki işlər davam etdirilib.

 Rayon sahibkarlarının texnika ilə təminatı da yüksək səviyyədə olub.  «Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik İmişli rayon aqroservis filialı 215 ədəd, o cümlədən 43 ədəd taxılyığan kombayn, 52 ədəd traktor və 120 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilib. Bundan əlavə 452 ədəd, o cümlədən 12 ədəd taxılyığan kombayn, 176 ədəd traktor, 1 ədəd ekskavator və 269 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib. Bunlar məhsulların itkisiz yığılmasında önəmli rol oynayıb. 2015-ci ilin 6 ayı ərzində xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizimlərə qarşı mübarizə tədbirlərinin aparılması məqsədi ilə İmişli rayon Bitki Mühafizəsi Mərkəzinə 2440 kq/l pestisid ayrılıb. İmişli rayonunda sahibkarlara 858 ton ammonium nitrat gübrəsi güzəştli qiymətlərlə satılıb. Fermerlərin sifarişi əsasında onlara İmişli Aqroservis filialının istifadəsində 209 adda müxtəlif markalı texnika və qoşquların vasitəsi ilə 106 min manatlıq müvafiq işlər görülüb.

Aydındır ki, fermerlərin yüksək məhsuldarlığa nail olması üçün suvarmanın da rolu var. Bu məqsədlə rayonun müxtəlif kəndlərində ümumi 233 min m3 kollektor drenaj şəbəkəsində magistral kollektorlarında torpaqqazma və hamarlama işləri görülüb. İstismar planına uyğun olaraq 78 ədəd hidrotexniki qurğu, 17 ədəd hidrometrik postlar, 1,0 km nov kanalları, 4 km beton kanal, 1 ədəd nasos stansiyada cari təmir işləri aparılıb, suvarma kanallarında 875,0 kub.m həcmdə 280 km məsafədə lildən təmizlənmə və təmir işləri görülüb. Həmçinin hazırda rayonun bir çox kəndlərində əhalinin pay və həyətyanı torpaq sahələrinin suvarılmasına xidmət edən su arxlarında lildən təmizlənmə işləri davam etdirilir.

Bu işlər isə öz nəticəsini verməli idi. 2015-ci ilin 6 ayı ərzində fermer sahələrindən 19664 ton arpa, 42595 ton buğda məhsulu istehsal edilib və məhsuldarlıq 35,1 sentiner olub. Həmçinin 6 ay ərzində 3150 ton kartof, 1415,4 ton tərəvəz tədarük edilib. Bu sahədə işlər davam etdirilir.

İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün Rayon Telestudiyasının yaxınlığındakı 10 ha ərazidə yeni istixanaların inşa olunmasına başlanılmış, rayonda taxılçılğın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 7000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin, kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün “MKT” MMC-yə 3813 ha torpaq sahəsi verilib.

Rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən sahibkarlara 300,0 min manat məbləğində güzəştli kreditlər verilib. Rayonda sahibkarlara lizinq yolu ilə 102 baş damazlıq heyvan satılıb. Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən 260 baş inək və düyə süni mayalandırılıb və 185 baş sağlam bala alınıb.

2015-ci ilin 6 ayı ərzində rayondakı təsərrüfatlarda qarayara xəstəliyinə qarşı 85136 baş iri buynuzlu, 2001 baş təkdırnaqlı heyvanlarda, Nodulyar dermatit xəstəliyinə qarşı 127674 baş iri buynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 82934 baş davarda profilaktik peyvəndləmələr aparılıb. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi 13160 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib, nəticədə 41 baş iri buynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Xəstə heyvanlar bruselyozun təlimatına uyğun zərərsizləşdirilərək sahibkarlıq təsərrüfatından çıxarılıb. 2015-ci ilin 6 ayı ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilib, rayon üzrə mal-qaranın sayı 91995 başa, qoyunların sayı 247619 başa, quşların sayı isə 1325689 başa çatıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1041 baş, qoyunlar 4703 baş, quşlar isə 49458 baş artıb. Ət istehsalı (diri çəkidə) 6351,5 ton, süd istehsalı 24547,7 ton, yumurta 41887 min ədəd, yun istehsalı isə 313,4 ton olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artıb. Son illər İmişli rayonunda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülüb, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC istifadəyə verilib

Görülən işlər rayonun iqtisadi göstəricilərində də özünü göstərib. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə 170.921.000 manatlıq məhsul istehsal edilib və ya xidmət göstərilib. Onun 49.834.200 manatı və ya 29,2 faizi sənaye, 65.079.000 manatı və ya 38,1 faizi kənd təsərrüfatı, 20.398.800 manatı və ya 11,9 faizi tikinti, 31.440.200 manatı və 18,4 faizi ticarət və iaşə, 3.751.900 manatı və ya 2,2 faizi nəqliyyat, 416.900 manatı və ya 0,2 faizi rabitə müəssisələrinin payına düşüb. Muradxanlı İriləşdirilmiş Neft Mədəni 6 ayı ərzində 8860 ton neft hasil olunaraq 6 ayda plan tapşırığına 98,4 faiz əməl olunub. Neft təhvili üzrə plan 8830 tona qarşı 8719,7 ton neft dövlətə təhvil verilib. Planda nəzərdə tutulan həcmdə 300 min kub metr qaz hasil edilib və daxili ehtiyaclara sərf olunub. Mədən üzrə 7 quyuda əsaslı, 20 quyuda isə cari təmir işləri aparılıb.

Qeyd olunduğu kimi 2015-ci ilin 6 ayı rayon üzrə sənaye məhsullarının həcmi 49.834.200 manat olub. İstehsal olunan sənaye məhsullarının 86,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bunlar rayonun güclü iqtisadi potensialının olduğundan xəbər verir.

 

Tarix
20 Avqust 2015 [16:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin