Ana səhifə
17 Noyabr 2018

Bakı Uşaq Teatrı Festivaldan qayıtdı - FOTOLAR

Ucnoqta.az” xəbər verir ki, İran İslam Respublikasının Mərivan  şəhərində oktyabrın 17-22-də  “IX Beynəlxalq Meydan Tamaşaları Festivalı” ında Bakı Uşaq Teatrı  uğurla çıxış edib. Böyük coşqu ilə keçirilən festivalda 4 ölkə qonaq qismində iştirak edib – Azərbaycan, Niderland, İraq və Ermənistan. Festival boyu ümumilikdə 35 meydan tamaşası nümayiş olunub.  Bakı Uşaq Teatrı  festivalda “Fokus mokus” meydan tapaşası ilə çıxış edib. Tamaşa hər işi öz sahibinə tapşırmaqdan bəhs olunur. “Fokus mokus”da  toplaşan adamları görən 2 kloun onlarla əylənmək qərarına gəlir. Özlərini illiuzionist kimi qələmə verirlər.  Tamaşaçılardan birinin telefonunu alıb onunla fokus göstərməyə çalışırlar. Nəhayət özləri bu işi yaxşı bilmədikləri qərarına gəlib səhnəyə peşəkar illiuziyaçını çağırırlar. Və ona kömək eləmək qərarına gəlirlər. Sonda hər işin öz sahibi olduğu qənaətinə gəlirlər. Tamaşa çox yaxşı qarşılanmış və teatr bir neçə festivala dəvət alıb.

Tarix
27 Oktyabr 2014 [10:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin