Ana səhifə
24 Sentyabr 2018

Bakıdan Fransa prezidentinə məktub var

Sabah Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın rəhbəri Serj Sarkisyan Fransada görüşəcəklər.

 

Fransanın təşəbbüsü ilə baş tutacaq görüşdə Qarabağ danışıqları olacaq.

Görüş ərəfəsində Ermənistan işğal etdiyi Azərbaycan ərazisi olan Kəlbəcərdə girov götürdüyü iki azərbaycanlını mühakimə edəcək.

Kəlbəcərə öz ata-baba qəbirlərini ziyarətə gedən Dilqəm Əsgərov və Dilqəm Quliyev Ermənistan tərəfindən girov götürülüblər.

Heç bir hüquqi normaya uyğun gəlməyən bu addımla Ermənistan danışıqlarda müəyyən dividend əldə etmək istəyir.

Bu gün QHT Şurası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu məsələ ilə bağlı toplantı keçirib və Fransa prezidenti Fransua Ollanda müraciət ünvanlayıblar.

Azərbaycanlı jurnalistlərin Fransa prezidentinə müraciətini olduğu kimi təqdim edirik.

 

Fransa Respublikasının Prezidenti, cənab Fransua Ollanda

 

Hörmətli cənab Prezident!

Sizin Fransa prezidenti kimi öz ölkənizdə və Avropa Birliyində, həmçinin dünya miqyasında göstərdiyiniz  fəaliyyət çox əhəmiyyətlidir.

Xüsusilə, humanizm, insan hüquqlarının müdafiəsi kontekstindəki işləriniz bu gün bizdə, Sizə bu müraciəti etmək zərurətini yaradıb.

Hörmətli cənab Prezident!

Nəzərinizə çatdırırıq ki, 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə  - öz doğma torpaqlarına səfər etmiş  Dilqəm Əsgərov və Şahbaz Quliyev qanunsuz olaraq Kəlbəcər rayonu ərazisində  Ermənistan tərəfindən girov götürülmüş və insan hüquqlarına sığmayan zorakılığa məruz qalmışlar.

Öz evlərinə, kəndlərinə gedən insanlar haqqında cinayət işi açılmış və onlar hələ də girovluqda  saxlanılmaqdadır.

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə oktyabrın 27-də keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə uğurlu nəticələrin əldə ediləcəyinə ümidvarıq.

Eyni zamanda, bu görüş ərəfəsində haqqında bəhs etdiyimiz girovların taleyi ilə maraqlanmağınızı, onların azadlığa buraxılaraq ailələrinə qovuşması üçün həm Fransa prezidenti, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin başçısı kimi  Ermənistan rəhbərliyinin mövqeyinə təsir göstərməyinizi Sizdən xahiş edirik.

Əvvəlcədən təşəkkür edirik!

 

QHT Şurası nəzdində Media İşçi Qrupu

 

Tarix
27 Oktyabr 2014 [02:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin