Ana səhifə
23 Sentyabr 2018

Canavar bir ailənin 4 uşağını parçalayıb - Dəhşət

Ötən axşam Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Buravar kəndində canavar evə soxulub, bir ailənin 4 uşağını yaralayıb.

 

 

Ucnoqta.az” xəbər verir ki, kənd sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, dünən saat 19 radələrində canavar Yusif Şahmarovun evinə soxulub. Onun 3-cü sinifdə oxuyan qızı Aygün evin qapısında əlində vedrə dayanıb həyətə baxırmış. Bu vaxt həyətdən ona tərəf işığın irəlilədiyini görüb. Yaxına gedəndə isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəyib, lakin pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb.

 

Aygünün evdə televizora baxan qardaş-bacıları qışqırığa bayıra çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən dişləyib. Vəziyyəti çətin görən Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Qolundan ağır yaralar alsa da canavarı öldürməyə nail olub.

 

Uşaqların dördü də xəstəxanaya çatdırılıblar.

 

Tarix
27 Oktyabr 2014 [10:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin