Ana səhifə
19 Sentyabr 2018

Bu gün maestronun doğum günüdür

Bu gün məşhur azərbaycanlı bəstəkar və dirijor maestro Niyazinin doğum günüdür.

 

 

Niyazi Zülfüqar oğlu Tağızadə – Hacıbəyov 1912-ci il, avqustun 20-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Çox kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə də musiqiyə böyük maraq oyanır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alıb, daha sonra Moskva Və Leninqradda (indiki Sankt -Peterburq) təhsilini davam etdirib. “Xosrov və Şirin” operasının, “Çitra” baletinin, “Zaqatala süitası”, “Qaytağı”, “Konsert valsı” simfonik əsərlərinin, “Rast" simfonik muğamının, “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletinin və sairə musiqi əsərlərinin müəllifidir.

 

Niyazi Z. Hacıbəylinin “Aşıq Qərib”, Ü. Hacıbəylinin “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını (“Xumar oldum”, “Qaragilə”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm” və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota salıb.

 

Maestronun “Konsert valsı” və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, “Təbrizim”, “Dağlar qızı”, “Vətən haqqında mahnı”, “Arzu” mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin “Dağılan tifaq”, C. Cabbarlının “Almas”, S. Vurğunun “Vaqif", A. Korneyçukun “Polad qartal” dram tamaşalarına, həmçinin “Almas”, “Kəndlilər”, “Fətəli xan” və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

 

Niyazi 1967-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1972-ci ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı olub, 1974-cü ildə Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülüb. Həmçinin, Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O həmçinin Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olub.

 

1979-cu ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunub, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Fəaliyyəti dövründə Niyazi 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri, Bolqarıstanın Kirill və Mefodi ordeni, Macarıstanın B. Bartok adına medalı ilə təltif edilib, 1982-ci ildə Tbilisinin fəxri vətəndaşı seçilib.

Maestro 1984-cü il, avqustun 2-də Bakıda vəfat edib. //lent.az

Tarix
20 Avqust 2015 [12:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin