Ana səhifə
26 Aprel 2018

“Gələcəyin olimpiyaçıları” bəlli oldu

Hövsan Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə “Gələcəyin olimpiyaçıları” açıq respublika turniri başa çatıb.
Turnirin ikinci günündə yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr mübarizə aparıblar.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, İran və Rusiya güləşçiləri də iştirak ediblər. Yunan-Roma güləşi yarışlarında 126 idmançı gücünü sınayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda müxtəlif çəki dərəcələrində Zaur Əliyev, Faiq İsgəndərov, Ağaqulu Quliyev, Ruslan Hadisov (Azərbaycan), Miian Rezanezhad, Cəfəri Sepehri, Reza Camalimaneş, Vahid Darxan (İran), Rasul Nurhacıyev və Arsenali Topayev (Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Tarix
4 Oktyabr 2014 [21:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ