Ana səhifə
19 Sentyabr 2018

10 yaşlı qızı zorlayan mollaya bu cəza verildi

Əfqanıstanda molla 20 illik həbs cəzası alıb. O, məsciddə 10 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinib.

ANS PRESS-in məlumatına görə, Kabil məhkəməsi oktyabrın 25-də Molla Məhəmməd Əminin işinə baxıb.

Azyaşlı qız və anası məhkəmənin qərarından narazı qalıblar. Onlar mollanın ölüm hökmü ilə cəzalandırılmasını istəyirdilər.

Ancaq bu qərarı qadın haqları müdafiəçiləri Əfqanıstanda cinsi cinayətlərə məruz qalan qadınların qələbəsi kimi qarşılayıb. Əfqanıstanda təcavüzə məruz qalan qadınlar adətən həbsxanalara göndərilir, çünki bu, zinanın bir növü hesab edilir.

Oktyabrın 8-də 5 nəfər təcavüzə görə Kabildə asılmışdı. Beynəlxalq təşkilatlar prezident Əşrəf Xanini insanları belə edamla cəzalandırmamağa çağırmışdı.

 
Tarix
26 Oktyabr 2014 [23:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin