Ana səhifə
19 Noyabr 2018

Dövlət büdcəsinin vəsaiti hesabına sahibkarlara 128602 manat yardım verilib

Hacıqabul rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 106,8 milyon manat olub

 

 

Hacıqabul rayonu Azərbaycanın kənd təsərrüfatı rayonlarından biridir. 2015-ci ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 106,8 milyon manat olub ki, sənayedə məhsul buraxılışı 2,2 milyon manat, kənd təsərrüfatı məhsulu buraxılışı 60,0 milyon manat, tikinti quraşdırma işlərinin həcmi 13,7 milyon manat, ticarətdə məhsul buraxılışı 29,2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmində sənayedə 2,8  faiz, kənd təsərrüfatında 11 faiz, ticarətdə 10,8  faiz artım müşahidə edilib. Rəqəmlərdən də göründüyü kimi Hacıqabul rayonunda kənd təsərrüfatının önəmli yeri var. İqtisadiyyatı əsasını kənd təsərrüfatı təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2015-ci ilin Kənd təsərrüfatı ili elan olunması, mineral gübrələrə tətbiq olunan güzəştin 50 faizdən 70  faizə qaldırılması, əkin sahələrinin hər hektarına verilən subsidiya məbləğinin 25 faiz artırılması və həyata keçirilən digər tədbirlər kənd təsərrüfatında canlanmaya və məhsul bolluğuna səbəb olub. Hacıqabul və ətraf rayonlardan olan sahibkarlara 800 min manatdan çox güzəştli kredit verilib ki, o da heyvandarlıq, taxılçılıq, kartofçuluq, mebel istehsalı və s. sahələrin inkişafına yönəldilib. Bundan başqa, torpağın münbitliyi qorunub saxlanılıb. Onun tələb olunan mikroelementlərlə qidalandırılmasının təmin edilməsi və aqrotexniki qulluğun vaxtında aparılması həyata keçirilib. Şum işlərinin aparılması və səpinin həyata keçirilməsi zamanı şum altına mineral gübrələrin verilməsi, bitkilərin vegetasiya dövründə mineral gübrələrlə qidalandırılması diqqət mərkəzhində olub.  Çünki bunlar  məhsuldarlığın artırılmasının mühüm amillərindən biridir. Bunu nəzərə alan aqroservis filialı aqrar sektorun mineral gübrələrə olan tələbatının ödənilməsini və müvafiq qaydalara uyğun güzəştli satışını daima diqqət mərkəzində saxlayıb.  Taxcılçılıq Hacıqabul rayonunda kənd təsərrüfatının aparıcı sahəsinə çevrilib. 2015-ci ilin məhsulu üçün 12869 hektar taxıl əkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 330 hektar artıqdır. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 562 istehsalçıya 128602 manat yardım verilib. Taxıl əkininin 6475 hektarını buğda, 6394 hektarını isə arpa əkini təşkil edib. 12869 hektar taxıl sahəsindən 43981 ton məhsul əldə edilib. Bu da ötən ilin məhsulu ilə müqayisədə 6559 ton və ya 17, faiz çoxdur. İstehsal olunmuş taxılın 24735 tonunu buğda, 19246 tonunu arpa təşkil edib. Hər hektara düşən məhsuldarlıq 4,4 sentner artaraq 34,2 sentnerə çatıb. İri özəl taxılçılıq təsərrüfatlarının yaradılması layihəsi çərçivəsində rayonda iri taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində zəruri işlərə başlanılmışdır. İlkin mərhələdə 1625 hektar dövlət fond torpaqlarında iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulmuşdur və bu istiqamətdə işlər davam etdirilir.

 

2015-ci ilin birinci yarısınd sahibkarlar 1572 hektar sahədə bostan, 774 hektar sahədə tərəvəz, 49 hektar sahədə günəbaxan, 50 hektar sahədə qarğıdalı, 39 hektar sahədə kartof, 1173 hektar sahədə yonca olmaqla cəmi 3657 hektar sahədə yazlıq əkin aparıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 692 hektar çoxdur. 2015-ci ilin birinci yarısında 5278 ton tərəvəz, 2098 ton meyvə, 428 ton kartof istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 8 ton, meyvə istehsalı 2 ton və kartof istehsalı isə 10 ton çox olub. “Aqrolizinq” ASC-nin 32 ədəd, o cümlədən 9 ədəd taxılyığan kombayn, 7 ədəd traktor və 16 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları ilə təchiz olunmuş Hacıqabul rayon aqroservis filialı kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərib. Bundan əlavə 125 ədəd, o cümlədən 7 ədəd taxılyığan kombayn, 38 ədəd traktor, 1 ədəd ekskavator və 79 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları sahibkarlara lizinq qaydasında verilib.

 

“Aqrolizinq” vasitəsi ilə bu ilin birinci yarısında kənd əməkçilərinə 249,85 ton güzəştli qiymətlərlə mineral gübrə satılıb. Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 2007-ci ildə tikintisinə başlanılmış 53,95 km uzunluğu və 6 kubmetr/saniyə su tutumu olan Hacıqabul Magistral kanalında işlər davam etdirilib. Hal-hazırda magistral kanalın 28,1 km hissəsində tikinti işləri başa çatıb. Bundan əlavə magistral kanaldan Padar kəndinə ayrılan kanalın12,5 km-lik qol kanalın tikintisi tam başa çatıb. Bu kanal vasitəsilə 2000 hektara yaxın həyətyanı və əkin sahələri suvarma suyu ilə təmin edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli 64 S nömrəli sərəncamına əsasən Hacıqabul rayonunun inzibati ərazisində 1625 hektar sahədə yaradılmış iri özəl taxılçılıq təsərrüfatının suvarma suyu ilə təminatı da bu kanal vasitəsilə həyata keçiriləcək. Əkinlərin su təminatının yaxşılaşması üçün rayon suvarma sistemləri idarəsi tərəfindən cari ilin I yarısında 235 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilib. İdarə üzrə  6 ayda 8 ədəd nasos aqreqatı, 4 ədəd elektrik mühərriki əsaslı təmir olunub,  30 ədəd hidrotexniki qurğu, 6 ədəd hidropost, 2 ədəd nasos stansiya binası, 2 ədəd mülki bina cari təmir olunub. Abdulabad ərazisində “Şirvan-4” nasos stansiyasında təzyiq hovuzu və “M” kanalında akveduk əsaslı təmir olunaraq istismara verilib. İstifadəyə verilən suvarma sistemit sahibkarlara imkan verir ki. vaxtında əkin sahələrinin suvarılmasını həyata keçirsinlər və daha çox məhsul toplasınlar.

 

 

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən Hacıqabul rayonunun təsərrüfatdaxili və təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində uzunluğu 16100 p/metr olmaqla 42940 kub/metr həcmində lildən təmizləmə işləri aparılıb. Kolanı kəndi ərazisində qrunt sularının səviyyəsini daima yol verilən həddə saxlamaq üçün 2 ədəd 16 NDN markalı nasos aqreqatı quraşdırılmış nasos stansiyası istismara verilib. Göründüyü kimi sahibkara rayonda hər tərəfli dəstək göstərilir.

Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınıb. Bu ilin birinci rübündə süd istehsalı 9838 ton, ət istehsalı 4430 ton, yun istehsalı 225 ton olub.  Ötən ilin 6 ayı ilə müqayisədə süd istehsalında 28 ton və ya 0,3 faiz, ət istehsalında 166 ton və ya 3,9 faiz, yun istehsalında 1 ton və ya 0,5 faiz artım qeydə alınıb. Hesabat dövründə yumurta istehsalı 150306 min ədəd olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 884 min ədəd və ya 0,6 faiz çox olub. Məhsul istehsalı əsasən sahibkarlıq subyektlərində əldə olunub. Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin birinci yarısında 329 baş artaraq 37727 başa, xırda buynuzluların sayı isə 1168 baş artaraq 134478 başa çatıb.

 

Tarix
19 Avqust 2015 [21:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin