İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İranın elit hərbi bölməsi) İsraili çoxsaylı döyüş başlığı olan raketlərlə vurduğunu iddia edib.
Ucnoqta.az xəbər verir ki, hərbçilərin bəyanatı Tasnim xəbər agentliyi tərəfindən yayılıb.
Bildirilir ki, Təl-Əviv çoxsaylı döyüş başlığı olan "Xorrəmşəhr-4" və "Qədr" raketləri, eləcə də "Emad" və "Xeybar Şekan" raketləri ilə vurulub.
"Biz Əli Laricani və onun silahdaşlarının sui-qəsdinin qisasını belə aldıq. İİKK raketləri İsraildə 100-dən çox hədəfi vurdu".