Ana səhifə
21 Sentyabr 2018

Komitənin saytı dağıdıldı

Saytda parlament seçkiləri ilə bağlı olan bütün məlumatlar silinib

 

Ukrayna Seçki Komitəsinin saytı haker hücumuna məruz qalıb.

 

ANS PRESS-in məlumatına görə, bu barədə Komitənin Twitter səhifəsində xəbər verilir.

 

Bildirilir ki, sayt dağıdılıb və hazırda sayta girmək mümkün deyil. Saytda seçki ilə bağlı olan bütün məlumatlar silinib.

 

Qeyd edək ki, bu gün Ukrayna Ali Radasına növbədənkənar parlament seçkiləri keçirilib. Ukrayna qanunvericiliyinə əsasən, seçki məntəqələri yerli vaxtla 08:00-dan 20:00-dək fəaliyyə göstərib.

 

Seçkilərdə 29 siyasi partiya iştirak edib. Ali Radaya deputatların yarısı majoritar (213), yarısı isə proporsional (225) sistemlə seçiləcək. Ukrayna Mərkəzi Seçki Komitəsi 6 mindən çox deputatın namizədliyini təsdiqləyib.

Tarix
26 Oktyabr 2014 [21:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin