İran sona qədər müharibə aparmağa hazırdır və atəşkəs istəmir.
Ucnoqta.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Abbas Əraqçi bildirib. Əraqçi qeyd edib ki, ABŞ və İsraillə müharibə elə bir şəkildə başa çatmalıdır ki, onların İrana qarşı təcavüzlərini təkrarlamasının qarşısı alınsın.
"ABŞ İranın qeyd-şərtsiz təslim olmasını tələb etdi və indi gəmilərin Hörmüz boğazından keçməsini təmin etmək üçün müttəfiqlər axtarır. Onlar genişmiqyaslı hücumlar həyata keçirdilər və qeyd-şərtsiz təslim olmaq tələblərini təkrarladılar və bu gün, müharibənin başlamasından təxminən 15 gün sonra, Hörmüz boğazının təhlükəsizliyini təmin etmək və onu açıq saxlamaq üçün digər ölkələrdən kömək istəyirlər. Bizim fikrimizcə, o, açıq qalır - sadəcə düşmənlərimizə və ölkəmizə qarşı qorxaqcasına təcavüz aktı törədənlərə bağlıdır", - deyə o, vurğulayıb.