Ana səhifə
24 Sentyabr 2018

Zorlama qanuni olsun

Roosh V adı ilə tanına anti-feminist blogger Daryush Valizadehin geniş müzakirələrə səbəb olan “Qadınları əldə etmək texnikası” kitablarının satışını həyata keçirən Amazona qarşı imza kampaniyası başlayıb. Kulisin xarici mətbuata istinadən verdiyi məlumata görə Valizadeh kitablarında ictimaiyyətə bağlı olan yerdə qadın zorlamağın qanuniləşdirməsi fikri ilə çıxış etmişdi.

 

 

Amazona qarşı aksiyanı Caroline Charles başlayıb. O, Roosh V imzalı kitabların saytın kataloqundan dərhal çıxarılmasını tələb edir. İmza kampaniyasına artıq 5 mindən çox adam qatılıb.

 

 

İmza kampaniyasının mətnində “Bang Iceland” adlı kitabında Valizadehin bir qadını zorladığını etiraf etməsi də qeyd olunub.

 

Valizadeh kitabda “Evə gedəndə onun sərxoş olduğunu hiss elədim. Əgər Amerikada yaşasaydıq onunla cinsi əlaqədə olmaq istəyim zorlama aktı kimi qəbul olunardı. Çünki o, cinsi əlaqəyə razı olacaq halda deyildi. Əlbəttə mənim ayıq olmam da indiki halda müsbət əlamət sayılmırdı. Ancaq bu barədə düşündüyümü və onunla cins əlaqədə olmaq barədə tərəddüd içində olduğumu deyə bilmərəm. Elədiklərimi görə özümü haqlı çıxarmaq istəmirəm, çünki seks mənim bacardığım işdi” yazmışdı.

 

Məsələ ilə bağlı Amazon hələ heç bir açıqlama verməyib.

Tarix
18 Avqust 2015 [17:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin