Ana səhifə
15 Noyabr 2018

Göyçay sahibkarları fəaliyyətlərini genişləndirir

Onlar üçün müxtəlif sahələri əhatə edən treninqlər keçirilir

 

 

Bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri sahibkarlıq fəaliyyətinin mövcudluğudur. Sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatında həlledici rol oynayır. Bu, həm də təkcə sahibkarlıq fəaliyyətinin mövcudluğu ilə məhdudlaşmır. Bazar iqtisadiyyatı modelini tətbiq edən ölkələrdə ilk növbədə sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni sahibkarların yaranması üçün geniş imkanlar mövcud olmalıdır. Belə bir şərait olarsa, sahibkarlıq subyektləri inkişaf edə bilər. Azərbaycanda isə belə imkanlar var. Bu, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və onun ölkə iqtisadiyyatında önəmli rol oynamasına səbəb olur. Xüsusilə regionlarda sahibkarlıq subyektlərinin hərtərəfli inkişafı üçün geniş imkanlar mövcuddur. Göyçay rayonu da istinalıq təşkil etmir. Bu rayonun iqtisadiyyatında kənd təsərrüfatı aparıcı rol ynayır. Rayonda həm bimtkiçilik, həm də heyvandarlıq sahələrində uğurlar əldə edilib.. Bu sektorlarda çalışan sahibkarlar hər bir dəstək alırlar. Məsələn, bu ilin may ayının  11-də İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, Göyçay Rayon İcra Hakimiyyətinin dəstəyi  ilə Göyçayda sahibkarlar üçün “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu” mövzularında treninqlər keçirilib. Tədbirdə sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda təqdimat keçirilib. Tədbirdə həmçinin, elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri,  elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə ətraflı məlumat verilib, www.b2b.az elektron ticarət portalının təqdimatı keçirilib. Tədbir çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.  Bunlar sahibkarların maariflənməsində, işlərini müasir tələblər çərçivəsində qurmasına köməklik göstərir. Aydındır ki, bu işlər maliyyə dəstəyi ilə birləşdikdə müsbət nəticələr verir. Sahibkarlara göstərilən hər tərəfli  dəstəyin nəticəsidir ki, Göyçayın iqtisadi göstəriciləri də ürək açandır. Ümumi məhsul istehsalı 2014-cü ilin müvafiq dövrünə nisbətən 1,5 faiz və ya 659,2 min manat artaraq 44589,6 min manata çatıb. Ötən müddət ərzində 3,9 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bunun da 60,5 faizi qeyri-dövlət bölməsinin payına düşür. Yəni rayonda istehsal olunan sənaye məhsulunun yarıdan çoxu sahibkarlıq subyektlərinin  məhsuludur.

Rayonun aqrar sahəsində də müəyyən uğurlar əldə ediib, 2015-ci ilin məhsulu  üçün 13756 hektar sahədə payızlıq dənli bitkilərin əkini aparılıb. 1651 hektar sahədə yazlıq bitkilər əkilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 94 hektar və ya 6,0 faiz çoxdur.

 

Qeyd edək ki, 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 1736 sahibkara 188272 manat yardım verilib.  Bu yardımlar əsasən ixtisaslaşdırılmış "yaşıl market"in, müasir çörək istehsalı müəssisəsinin, südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq və istixana təsərrüfatlarının, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması layihələrinə yönəldilib. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin bütün hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kən təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 1043 nəfər məhsul istehsalçısına 325,7 min manat dəyərində 1067,1 ton güzəştli şərtlərlə mineral gübrə satılıb.. Kənd Təsərrüfatı Nazirliyinin Göyçay rayon İdarəsinin inzibati-laboratoriya binasının tikintisi işləri davam etdirilib. Kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarlar “Aqrolizinq” ASC-nin 35 ədəd, o cümlədən 15 ədəd taxılyığan kombayn, 7 ədəd traktor və 13 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları ilə təchiz olunub. Göyçay rayon aqroservis filialı kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilib. Bundan əlavə, 243 ədəd, o cümlədən 7 ədəd taxılyığan kombayn, 82 ədəd traktor, 2 ədəd ekskavator və 152 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları hüquqi və fiziki şəxslərə lizinq qaydasında verilib. Görülən bu işlər məhsulların vaxtında və itkisiz yığılmaına səbəb olub.

 

Göyçay Subtropik Dövlət Sort-Sınaq Məntəqəsi üçün cari ildə lizinq yolu ilə bir ədəd Bağlarda cərgəarası becərən hidravlik frez AGHDR 210, 1 ədəd çiləyici və 1 ədəd Torpaq yumşaldıcı AGCM 9 alınıb. Bundan başqa məntəqənin ərazisinin hasarlanması və maddi-texniki bazasının gücləndirilməsi, həmçinin Şəhadət kəndində yerləşən Göyçay İpəkçilik Dövlət Sort-Sınaq Məntəqəsi üçün kümxananın təmir-bərpası və məntəqənin maddi-texniki bazasının gücləndirilməsi təklif edilib.

 

Göyçay rayonunda heyvandarlıq sahəsidə həmişə diqqət mərkəzində olub. 2014-cü ilin birinci rübü ilə müqayisədə iri buynuzlu mal-qaranın baş sayı 0,4 faiz, qoyunların baş sayı 0,8 faiz, ət istehsalı 0,4 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 1,9 faiz artıb. Onu da qeyd edək ki, rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 200,0 min manat məbləğində güzəştli kreditlər verilib. Sahibkarlıq subyektlərini dəstək bununla bitməyib.  Mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, mal-qaranın qısırlığına qarşı mübarizənin və bu sahənin iqtisadi səmərəliliyinin artırılması məqsədilə son illər ərzində Göyçayda müxtəlif tədbirlər görülüb, eyni zamanda 15 süni mayalandırma məntəqəsi yaradılıb.

Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən 1560 baş inək və düyə süni mayalandırılıb və 1150 baş sağlam bala alınıb. Görülmüş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində mövcud mal-qaranın cins tərkibi xeyli yaxşılaşmışdır.

 

Bütövlükdə rüb ərzində 10984,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 1046,0 min manat və ya 10,5 faiz çoxdur.

Qeyd edək ki, 2015-ci ilin birinci rübündə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala  10076,8 min manat vəsait yönəldilib ki, bu ötən illə müqayisədə 4 faiz çoxdur.

 

Rayonun tikinti təşkilatları tərəfindən keçən ilin birinci rübünə nisbətən 10,3 min manat çox inşaat işləri görülüb. Rüb ərzində əhalinin həyat səviyyəsi yüksəlmiş, ticarət və xidmət şəbəkələrindən əhaliyə 51200,0 min manatlıq istehlak malları satılıb., 12050,0 min manatlıq pulu xidmətlər göstərilib. Bunlar əsasən özəl sektorlar tərəfindən həyata keçirilib.

 

Tarix
18 Avqust 2015 [19:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin