Ana səhifə
17 Avqust 2018

Partiya sədri Rusiyaya gedir

Ukraynada "Batkivşina" partiyasının sədri Yuliya Timoşenko Rusiyaya səfər etmək niyyətindədir.
 

 

Bu barədə siyasətçinin mətbuat katibi açıqlama verib.


Timoşenko Rusiyada casusluqda ittiham olunan ukraynalı poilot Nadejda Savçenkonun məhkəmə prosesində iştirak etməyi planlaşdırır.

"Oktyabrın 13-də məhkəmə olacaq. Bizim komandamız və AŞPA-dakı nümayəndə heyətimiz məhkəmədə iştirak etməyə hazırlaşır. Rusiyaya xatırlatmaq istəyirik ki, bizin qadınları barmaqlıqlar arxasına atmaq o qədər də sadə iş deyil", deyə Timoşenko bəyan edib.

Bir müddət əvvəl Timoşenko açıqlama vermişdi ki, Savçenko ölkədə oktyabrın 26-da keçiriləcək Ali Radanın növbədənkənar seçkilərində "Batkivşina" partiyaasının seçki siyahısına rəhbərlik edəcək.

Qeyd edək ki, ukraynalı pilot Nadejda Savçenko bu ilin yay aylarında tutulub. O, Ukraynanın şərqində rusiya jurnalistlərin ölümündə təqsirli bilinir. (ANS PRESS)

Tarix
4 Oktyabr 2014 [21:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin