Ana səhifə
21 Sentyabr 2018

Atasının qatilini asdıran nələr danışdı? - FOTOLAR

İranda sabiq kəşfiyyatçını öldürməkdə təqsirli bilinən Reyhanə Cabbarinin edamı dünyada etirazlarla qarşılanıb. Bir neçə Avropa şəhərində etiraz aksiyası da keçirilib. Təcavüzlə üzləşdiyi üçün bu addımı atdığını deyən 26 yaşlı qadın Tehran həbsxanalarının birində asılıb.
 

 

Ucnoqta.az” xəbər verir ki, o, 2007-ci ildə İran kəşfiyyatının əməkdaşı olmuş Murtəza Abdulali Sarbandini qətlə yetirmək ittihamı ilə məhkum olunub. Tehran məhkəməsində işlə bağlı ölüm cəzası hökmü 2009-cu ildə çıxarılıb. “Amnesty İnternational” istintaq vaxtı yol verilən ciddi pozuntulara görə edamın təxirə salınmasına səsləyib. Edam hökmü Cabbarinin qohumlarının zərərçəkən ailəsinin əfvini qazana bilmədiyindən sonra icra olunub.

 

"Biz onun günahından yalnız əsl niyyətlərin üzə çıxdığı təqdirdə, əlbir olduğu şəxs və olay barədə həqiqətin aşkarlanmasından sonra keçə bilərdik", - Sarbandinin böyük oğlu Cəlal Sarbandi bildirib.

 

Cabbarininn anası BBC Fars Xidmətinə qızının cəsədini görmək üçün qəbiristanlığa getdiyini deyərək, edamın icra olunduğunu təsdiqləyib.

Şölə Pakravan cümə günü qızı ilə bir saatlıq görüşmək izninin verildiyini deyib. Həbs edilən Cabbari iki ay ərzində təkadamlıq kamerada saxlanılıb. Onun bu müddət ərzində ailəsi və vəkili görüşə bilmədiyi bildirilir.

 

Cabbari bıçaq xəsarəti yetirdiyini etiraf etsə də, hadisə vaxtı evdə qətli törədən başqa şəxsin olduğunu iddia edib. C.Sarbandi deyib ki, Cabbari həmin şəxsin kim olduğunu deməkdən imtina edib.

 

Cabbarinin edamına etiraz aksiyalarından fotoları təqdim edirik.(Axar.az)

 

Tarix
26 Oktyabr 2014 [22:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin