Ana səhifə
17 Noyabr 2018

Habil Əliyevi süni nəfəs aparatından ayıracaqlar - YENİLƏNİB

12:58

 

 

Xalq artisti Habil Əliyevin səhhətində irəliləyişlər var və yaxın saatlarda onu süni nəfəs aparatından ayıracaqar. Bunu Trend-ə xalq artistinin qızı Vəfa Əliyeva deyib.

 

Onun sözlərinə görə, Türkiyədən Bakıya gələn Özkan hocanın müayinəsindən sonra belə qənaətə gəlinib. Türkiyədən gələn təcrübəli həkimin nəzarətində olan H.Əliyevin evə buraxılacağı da istisna olunmur: "Ozkan hoca indiyə kimi aparılan bütün müayinə və müalicələrin düzgün olduğunu qeyd etdi. Bir az əvvəl Ozkan hoca müayinəsini yekunlaşdırdı və ola bilsin, əgər atam özünü bir neçə saat da yaxşı hiss eləmiş olsa, yəqin ki, süni nəfəs aparatından ayıracaqlar. Bir neçə gün səhhəti indiki kimi yaxşı olsa, evə də buraxıla bilər. Həkimlərin nəzarətində evdə müalicəsi davam etdirilə bilər".

 

Qeyd edək ki, xalq artsiti H.Əliyev ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

 

---------

 

10:39

 

Xalq artisti, ustad sənətkar Habil Əliyevi müayinə etmək üçün Türkiyənin tanınmış həkimi Özqan Ocaq səhər saatlarında Bakıya gəlib.

 

Həkim yaxın bir neçə saat müddətində sənətkarı müayinə edəcək.

 

Bu gün saat 12-də Mərkəzi Kliniki Xəstəxanada türk həkim Habil Əliyevin səhhəti ilə bağlı mətbuat konfransı keçirəcək və onun səhhəti ilə bağlı jurnalistlər məlumatlandırılacaq.

 

Bu barədə publika.az-a sənətkarın xanımı Şərqiyyə Əliyeva məlumat verib.

 

Şərqiyyə xanım Habil Əliyevin son durumu ilə bağlı bunları deyib:

 

"Habil süni nəfəs aparatına qoşulub, nə danışır, nə də gözlərini açır. Yanına yalnız qızlarımı qoyurlar. ANS-dən Mir Şahin yanına gəlmişdi, həkimlə birgə Habilə baş çəkib. Gecə Mir Şahin mənə dedi ki, Habil müəllimi səslədim, o da yavaşca əlimi sıxdı və gözlərini yarımçıq açdı. Bilmirik, necə olacaq, əlac Allaha, bir də həkimlərə qalıb".

Tarix
18 Avqust 2015 [14:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin