Siyəzəndə avtomobil kanala aşdı

12:57 - 2 Mart 2026 - HADİSƏ

Siyəzən rayonunda avtomobil su kanalına aşıb.

Ucnoqta.az xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.

1954-cü il təvəllüdlü Şabran rayon sakini Feyruz Qasımovun idarə etdiyi “VAZ-2107” markalı, 10 MU 248 N-li avtomobil yolun kənarındaki su kanalına aşıb.

Hadisənin sürücünün ürək çatışmazlığından ölməsi səbəbindən baş verdiyi bildirilir.

Araşdırma aparılır.

Xəbər xətti