ABŞ Hərbi Dəniz Qüvvələrinə dəstək gəmisi vurulub

00:00 - 2 Mart 2026 - DÜNYA

ABŞ Hərbi Dəniz Qüvvələrinə dəstək gəmisi vurulub

Ucnoqta.az xəbər evrir ki, bu barədə İranın dvlət televiziyası məlumat yayıb. Bildirilir ki, SEPAH BƏƏ-də hava hücumundan müdafiə radarının məhv edildiyini və ABŞ Hərbi Dəniz Qüvvələrinə dəstək gəmisinin vurulduğunu açıqlayıb.

Qeyd olunur ki, SEPAH Hərbi Hava Qüvvələrinin yüksək dəqiqlikli raketi Ruvays ərazisində BƏƏ-nin raketdən müdafiə radarını məhv edib.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin köməkçi gəmisi raket və pilotsuz təyyarə hücumu nəticəsində sıradan çıxarılıb.

SEPAH qeyd edib ki, İran qüvvələri "bölgədə yerləşən ABŞ donanmasını təqib etməyə davam edir".

Xəbər xətti