Çin Kanada mallarına qarşı bəzi cavab tariflərini ləğv edəcək

15:10 - 27 Fevral 2026 - İQTİSADİYYAT

Çin Ticarət Nazirliyi mövcud ayrı-seçkiliyə qarşı tədbirləri tənzimləyəcək və Kanadadan idxal edilən bəzi mallara əlavə rüsumları aradan qaldıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunur ki, Çin və Kanada bu yaxınlarda müvafiq ticarət və iqtisadi məsələləri həll etmək üçün ilkin birgə razılığa gəliblər və Kanada hökuməti rəsmi olaraq Çindən idxal edilən polad və alüminium məhsullarına əlavə rüsumlar kimi məhdudlaşdırıcı tədbirlərin qismən tənzimlənməsini elan edib.

Bu konsensusdan sonra Pekin müəyyən kateqoriyalı Kanada məhsullarına qarşı cavab tarifləri tətbiq etməmək qərarına gəlib.

Yenilənmiş rejim 1 martdan 31 dekabr 2026-cı il tarixinədək qüvvədə olacaq. Nazirlik əlavə rüsumlardan azad edilən dəqiq malların ayrıca siyahısını dərc edəcək.

Xəbər xətti