ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens ABŞ-nin İrana potensial hücumunun Yaxın Şərqdə uzunmüddətli münaqişəyə səbəb olmayacağına əminliyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, "The Washington Post" qəzetinə verdiyi müsahibədə Yaxın Şərqdə illərlə sonu görünməyən bir müharibə aparacağımız fikri - bunun baş vermə ehtimalının olmayacağını deyib.
O, Vaşinqton administrasiyasının bu cür addımları istisna etmədiyini açıq şəkildə bildirib.
Venssin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın nəzərdən keçirdiyi variantlar arasında İranın nüvə silahı əldə etməməsini təmin etmək üçün hərbi əməliyyatlar və diplomatik həll yolu var.