Litvada Ukrayna üçün silah istehsal ediləcək

00:13 - 25 Fevral 2026 - DÜNYA

Vilnüs və Kiyev Litvada Ukrayna üçün silah istehsalına dair müqavilə imzaladılar.

Ucnoqta.az xəbər verir ki, Litva liderinin mətbuat xidmətinin məlumatına görə, müqaviləni Litva prezidenti Gitanas Nauseda və Ukrayna prezidenti Volodimir Zelenski imzalayıblar.

Müqavilədə qeyd edilir ki, Litvada istehsal olunan müdafiə sistemlərinin əksəriyyəti əsasən Ukrayna üçün nəzərdə tutulub.

Vilnüs həmçinin Ukrayna müdafiə şirkətlərinin Litvaya köçməsi və milli və SAFE fondlarından istifadə edərək birgə müəssisələr qurması üçün şərait yaratmaq niyyətindədir.

Xəbər xətti