Ana səhifə
21 Sentyabr 2018

Elektron imza ilə işləyən “pul kisəsi”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “GoldenPay” şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan “Elektron pul kisəsi”nin tətbiqinə hazırlaşır.
 

 

Ucnoqta.az məlumatına görə, Mərkəzdən AzərTAc -a bildirilib ki, “Elektron pul kisəsi”ndən bütün növ elektron imza kartlarının sahibləri faydalana biləcəklər. Bunun üçün hesab MHM-də açılacaq.
“Elektron pul kisəsi” texnologiyası, o cümlədən onun prosessinqi Məlumat Hesablama Mərkəzinin proqram təminatı əsasında aparılacaq və heç bir xarici şirkətdən asılılıq olmayacaq. Bu texnologiyanın üstünlüklərindən biri də ondan ibarətdir ki, ödəniş prosesində vətəndaş hesabında qalan vəsaiti dərhal görə biləcək və kart məlumatları prosessinqə avtomatik ötürüləcək.
Layihənin ilin sonunadək istifadəyə verilməsi gözlənilir.

Tarix
26 Oktyabr 2014 [22:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin