Ana səhifə
18 Noyabr 2018

Biləsuvar rayonu heyvandarlıq məhsullarına olan tələbatını tam ödəyir

Heyvandarlığın inkişafına dəstək məqsədilə sahibkarlara 200 min manat məbləğində güzəştli kreditlər verilib

 

 

2015-ci ilin birinci yarısında əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir. Bu dövrdə Biləsuvar rayonda ümumi məhsul buraxılışının həcmi 106.7 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 faiz çoxdur. Altı ayda ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 51.5 milyon, ticarətdə  36.2 milyon,  tikinti sahəsində 8.0 milyon, sənayedə 9.4 milyon, nəqliyyatda 1.4 milyon, rabitədə 0.2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövri ilə müqayisədə bütün sahələr üzrə irəliləyişlər əldə olunub. Əsas  kapitala yönələn investisiyalar 8.4 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 99.3 milyon manat təşkil edib. 2015-cü ilin birinci yarısında Biləsuvar rayonunda yerli gəlirlər 8 milyon 29 min  manata qarşı 7.7 milyon manat və ya 95.5 faiz yerinə yetirilib. Hesabat dövründə adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1082 manat, orta aylıq əməkhaqqı isə 282.5 manat olub.

Göründüy kimi Biləsuvar rayonun iqtisadi göstəricilərində kənd təsərrüfatı aparıcı sahədir. Bu onu göstərir ki. rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi xüsusi diqqət mərkəsindədir. Bunun nəticəsidir ki, dövlət başçısının 2015-c ili  “Kənd  təsərrüfatı ili” elan etməsi ilə bu sahədə qarşıya qoyduğu təxirəsalınmaz tapşırıq və göstərişlərin yerinə yetirilməsi məqsədilə rayonda kənd təsərüfatının bütün sahələrini əhatə edən kompleks tədbirlər planı hazırlanıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən altı ayda rayonda fəaliyyət göstərən 59 sahibkara 664 min manat kredit verilib. Görülmüş işlər nəticəsində 721 yeni iş yeri açılıb. Rayonda müasir istehsal sahələrindən günəbaxan emalı zavodu, meyvə-tərəvəz konserv məhsulları emalı sexinin tikilməsi həyata keçirilir. Rayonda heyvandarlığın inkişafına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən sahibkarlara 200,0 min manat məbləğində güzəştli kreditlər verilib. Rayonda süni mayalama mütəxəssisləri tərəfindən 700 baş inək və düyə süni mayalandırılıb və 500 baş sağlam bala alınıb.  2015-ci ilin 6 ayı ərzində rayondakı təsərrüfatlarda qarayara xəstəliyinə qarşı 40269 baş iri buynuzlu, 134298 baş xırdabuynuzlu, 1001 baş təkdırnaqlı heyvanlarda, Nodulyar dermatit xəstəliyinə qarşı 73806 baş iri buynuzlu heyvanda profilaktik peyvəndləmələr aparılıb. Bunlar sahibkarlıq subyektlərində müxtəlif xəstəliklərin heyvanlar arasında yayılmasının qarşısını alıb. Görülən işlərin nəticəsidir ki. həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 10159 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib, nəticədə xəstə aşkar edilməyib. Sahibkarlara göstərilən hər cür yardım və dəstəyin sahəsində mal-qaranın sayı da artıb. Bu dövrdə iri buynuzlu mal-qaranın baş sayı 40.2 min, xırda buynuzlu mal-qaranın baş sayı isə 138.1 min başı ötüb keçib. Quşçuluq sektorunda da canlanma müşayiət olunur. Sahibkarlıq subyektlərində ət tehsalı 2.6 min ton, süd istehsalı 13.8 min ton, yumurta istehsalı 6.6 milyon ədəd  olub. Biləsuvar rayonu heyvandarlıq məhsullarına olan tələbatını tam ödəyir. Bu ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında çox önəmlidir.

Biləsuvar rayonunda bitkiçiliklə məşğul olan sahibkarlar da məhsul istehsalından məmnundur Taxılçılıq təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 1699 istehsalçıya 266949 manat yardım verilib. Rayonda taxıl toxumçuluğunun inkişafı məqsədilə 16, taxıl-pambıq toxumu üzrə-18 özəl toxumçuluq təsərrüfatı yaradılıb və hal-hazırda onlar toxumçuluq fəaliyyəti ilə məşğul olurlar. Elit toxumlarının bölgüsü zamanı rayonda fəaliyyət göstərən 1 özəl toxumçuluq təsərrüfatına güzəştli şərtlərlə 200 kq qarğıdalı toxum ayrılıb. Toxumçuluq təsərrüfatları rayonun sahibkarlarının keyfiyyətli toxumla təmin olunmasına imkan verib.   Eyni zamanda sahibkarların kənd təsərrüfatı texnikası ilə təminatı da yaxşılaşdırılıb. “Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Biləsuvar rayon aqroservis filialı 76 ədəd, o cümlədən 13 ədəd taxılyığan kombayn, 17 ədəd traktor1 ədəd ekskavator və 45 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilmiş və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilib. Bundan əlavə 340 ədəd, o cümlədən 15 ədəd taxılyığan kombayn, 120 ədəd traktor, 3 ədəd ekskavator və 227 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları fiziki və hüquqi şəxslərə lizinqə verilib.

Qeyd edək ki, 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında 22.9 min hektar sahədə dənli bitkilər əkilib ki, bundan 8.2 min hektarını buğda, 14.7 min hektarını isə arpa bitkisi təşkil edib. Əkilmiş taxıl sahələrindən 31.2 min ton buğda və 44.3 min ton arpa məhsulu yığılıb. Bu da ötən illə müqayisədə 17.4  faiz çoxdur..

Bundan başqa, yazlıq əkinlər üçün 18.9 min hektar əkin aparılıb. Əkin sahələrinin fasiləsiz suvarılmasını təmin etmək məqsədilə 6 ayda 716 km suvarma kanalları, 31.2 km  isə kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bu dövrdə 44.4 min hektardan çox əkilən sahə suvarılıb. Ümumiyyətlə, bu ilin altı ayı ərzində aqrar sahədə ümumi məhsul istehsalının həcmi 51.5 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 14.1  faiz çoxdur.

Bilasuvar rayonu həm də pambıqçılıqla məşhurdur. Bu mövsümdə rayonda 10 min ton pambıq istehsalı gözlənilir. “Conder”, “Nevholland” kimi müasir texnikadan istifadə olunması məhsulun vaxtında və itkisiz yığılmasına imkan yaradır. Suvarmada yeni üsulların tətbiq olunması, “Ağ qızıl”, “Maraş” kimi yüksək reproduksiyalı toxumlara üstünlük verilməsi əkin sahələrini genişləndirmədən istehsalı artırmağa imkan yaradıb. Pambıqçılara 50 faiz güzəştli qiymətlə azot gübrəsi verilməsi, dövlət tərəfindən ayrılan subsidiyalalar da istehsala müsbət təsir göstərən amillərdəndir. Ümumiyyətlə, bu il rayonda 2 min torpaq mülkiyyətçisi pambıq əkib və məhsulun satışından 4 milyon manata yaxın gəlir gözlənilir. Pambığın vaxtında və itkisiz yığılmasını təmin etmək üçün rayonda xüsusi qərargah yaradılıb. Qarşıya çıxan bütün çətinliklər operativ həllini tapır.

Qeyd edək ki. kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 2557 manat dəyərində inventar və avadanlıq alınaraq rayon baytarlıq idarəsinə verilib. Biləsuvar rayonunda 2015-ci ilin  birinci yarısının  sosial-iqtisadi inkişafın yekunları göstərir ki,, respublikamızın bütün bölgələrində olduğu kimi, bu rayonda da son illər, eləcə də 2015-ci ilin birinci yarısında əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.

 

Tarix
17 Avqust 2015 [19:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin