Ana səhifə
19 Sentyabr 2018

TRT AVAZ-da “Türk adası” - FOTO

15 avqust tarixindən  TRT AVAZ ekranlarında yeni veriliş star götürdü.

 

 

Türkiyənin Ağdəniz sahillərinin vazkeçilməzi olan Kekovadakı Aşırlı adasında baş tutan veriliş öz məkanı ilə yəni “Türk adası” adlanır. Proqramda 5  ölkədən 5 cütlük həm bir-biri ilə, həm də çətin təbiət şərtləriylə  mübarizələri  göstərilir. Azərbaycan , Bosniya Hersoqavinya,  Qazaxıstan, Qırğızıstan və Türkiyədən  olan iştirakçılar  proqram boyu aparacaqları mübaricəylə bizlərə həyəcanlı dəqiqələr bəxş edəcəklər. Ölkəmizi bu proqramda  Bakı Uşaq Teatrının direktoru, bədii rəhbəri, rejissor, aktyor İntiqam Soltan öz xanımı ssenarist, jurnalist  Arzu Soltanla birgə təmsil edirlər. Hər zaman maraqlı layihələri, kreativlikləri ilə gündəmə gələn cütlük bu dəfə Azərbaycan adından 5 ölkə arasında yarışacaqlar. Bu sadəcə yarış deyil, həm də bu proqram  vasitəsilə  iştirakçılar tamaşaçıları  təmsil etdikləri ölkənin adət- ənənələri ilə tanış edəcək, cütlüklər çətinliklər zamanı necə bir-birinə dayaq olduqlarını nümayiş edəcəklər. Həftənin üç günü – Çərşənbə axşamı,Cümə axşamı, Şənbə günləri saat 22:00 –da “Türk Adası” verilişi efirdə olacaq.

Ölkəmizi bu yarışmada təmsil edən İntiqam – Arzu Soltan cütlüyünə uğurlar diləyirik.

Tarix
17 Avqust 2015 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin