İsrail PUA ilə yaraqlıları daşıyan avtomobili vurdu

00:18 - 16 Fevral 2026 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Fələstin İslam Cihadı qrupunun silahlı qanadının üzvlərini daşıyan avtomobili vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Janoubia xəbər portalı məlumat verib.

Hava hücumu nəticəsində avtomobil alovlanıb və içərisindəki yaraqlılar həlak olub.

Hadisə Livan-Suriya sərhədi yaxınlığındakı Məcdal Əncər bölgəsində baş verib.

Xəbər xətti