Ana səhifə
21 Noyabr 2018

"Medallar uğrunda oynayacağıq" – Rasim Ramaldanov

Azərbaycan Premyer Liqasında "Sumqayıt"la II tur qarşılaşmasından öncə "Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanovun  müsahibəsi

 

- İlk öncə ötən tur "İnter” üzərindəki  qələbə ilə bağlı fikirlərini bilmək istərdik...

 

- 2:0 hesablı qələbəyə baxmayaraq, "İnter”lə oyun asan keçmədi. Bilirik ki, onlar çempionatımızın ən yaxşılarından biridir. Həm də heyətdə bəzi problemlərimiz vardı. Amma yenə də toparlandıq, oyunumuzu sərgilədik və şükürlər olsun ki, elə ilk matçdaca lazımlı qələbə qazandıq. Sevinirəm ki, uğurlu başlanğıc edə bildik.

 

- Komandanın yeni oyunçuları məlum səbələrə görə ilk 3 turda oynaya bilməyəcək. Sizcə, hazırkı heyət uğurlarını davam etdirsə, yeni oyunçularla ciddi rəqabət apara bilərmi?

 

– Gənclərimiz oyunda özlərini yaxşı cəhətdən göstərə bilir. Ötən ilə nisbətən daha da gücləniblər. Bu, futboldur. Kim özünü yaxşı cəhətdən göstərsə, yəqin ki, baş məşqçi də ona güvənəcək. Komandada rəqabətin olması isə ümumi işin xeyrinə olan amildir. Rəqabət nə qədər çox olarsa, komanda bir o qədər daha yaxşı oynayacaq.

 

- Azakeşlər yenilənmiş "Xəzər Lənkəran”dan nələr gözləyə bilər?

 

– Bu mövsüm çox şey gözləyirik. Yeni transferlər bizə qoşulandan sonra komanda daha da güclənəcək. Çalışacağıq ki, ilk üçlük üçün oynayaq. Əsas məqsədimiz bundan ibarətdir. İnşallah istəyimizə də ən yaxşı şəkildə çatarıq.

 

- Ötən mövsüm qapı və müdafiə xəttində ciddi səhvlər, anlaşılmazlıqlar olurdu. Təlim-məşq toplanışında bu çatışmazlıqları nə dərəcədə aradan qaldıra bildiniz?

 

- Hər bir komandanın müdafiəsində səhv ola bilər. Futbolda qol vurulursa, deməli, səhv buraxılıb. Amma üzərimizə düşən məsuliyyəti anlayır və həmişə bir-birimizi daha yaxşı başa düşmək üçün işləyirik. İnşallah, bu cəhətdən də daha yaxşı olacayıq.

 

- "Sumqayıt”la oyun barədə nə deyə bilərsiz?

 

– Bu haqda danışmaq istəməzdim. Hər şey meydanda bilinəcək.

 

Mənbə: Sportnet.az

Tarix
16 Avqust 2015 [19:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin