Ana səhifə
22 Sentyabr 2018

İŞİD-lə bağlı dəhşətli iddia

Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı ilə bağlı yeni iddia ortaya atılıb.

Ucnoqta.azxəbər verir ki, Almanyanın "Bild" qəzeti İŞİD-in sərnişin təyyarələrini vura biləcəyini iddia edib. 

Almaniya Federal Xəbəralma Təşkilatı BND-nin qaynaqlarına istinad olunan məlumata görə, İŞİD-in əlində son dərəcə müasir hava müdafiə raketləri var. 

Sözügedən silahların "Manpads" tipi olduğu və daşına bilən, çiyinə qoyularaq atılan roket atan hərbi silahlar olduğu açıqlanıb. Həmin silahların Bolqarıstan və ya Çində istehsal olunduğu deyilir. 1970-ci illərdən bəri istehsal edilən silahlar İŞİD terroristlərin gücünü daha da artırıb. 

Bu roket atan texnikaları çox az sayda İŞİD-çi istifadə edə bilir. Terror təşkilatı roket atan silahları Suriya ordusunun anbarlarından ələ keçirib. 

Qeyd edək ki, hazırda Avstriya Hava yolları və Qətər Hava yolları kimi bir çox hava yolu şirkəti Şimali İraqa sərnişin daşıyır.(ANS PRESS)

Tarix
26 Oktyabr 2014 [19:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin