Ana səhifə
20 Noyabr 2018

Yaşlı qadın evində ölü tapıldı

Bakıda ölümlə nəticələnən hadisə baş verib.
 

Ucnoqta.azın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Nəsimi rayonunda yaşayan 83 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar. Mənzilə baxış keçirilərkən 1931-ci il təvəllüdlü Lapuri Oliqa Konstantinovna hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində O. Lapurinin vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Tarix
26 Oktyabr 2014 [18:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin