Türkiyə tərəfdaşları ilə birlikdə Qəzza zolağının yenidən qurulması və anklavda davamlı sülhün təmin edilməsi üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasdan sonra verdiyi açıqlamada bildirilib.
Türkiyə liderinin kommunikasiya şöbəsi tərəfindən yayılan sənədə görə, MTŞ-nin iclasında Türkiyənin Qəzzanın yenidən qurulması və regionda davamlı sülhün bərqərar olması üçün tərəfdaşları ilə birlikdə hər hansı bir məsuliyyəti öz üzərinə götürməyə hazır olduğu təsdiqlənib.
Mətndə həmçinin bildirilir ki, Türkiyə suverenliyini, ərazi bütövlüyünü, unitar quruluşunu və siyasi birliyini təmin etmək üçün Suriya keçid hökumətinin səylərini dəstəkləməyə davam edəcək.
Türkiyə Təhlükəsizlik Şurası həmçinin İran ətrafındakı vəziyyətə də toxunaraq qeyd edib ki, qonşu ölkədə sabitlik və sakitlik "regional təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir".