Ana səhifə
20 Noyabr 2018

Məşhur yazar polis tərəfindən saxlanıldı

Türkiyə polisi ünlü köşə yazarlarından Soner Yalçını saxlayıb. “Sözçü” qəzetinin və OdaTV.com saytının müəlliflərindən olan S.Yalçını polis bu gün səhər saat 5-də konfrans üçün getdiyi Dənizlidə həbs edib. 
 

 

Ucnoqta.azmusavat.com-a istinadən xəbər verir ki, sübh tezdən yazarın qaldığı otelə gələn polislər Soner Yalçına Ankara Məhkəməsinin onun haqqında çıxardığı həbs orderini təqdim edib, daha sonra isə polis idarəsinə aparıblar. Ardınca yazar tibb yoxlamasından keçirilmək üçün xəstəxanaya gətirilib.

Dənizli Vəkillər Kollegiyası başqanı Müjdat İlhan və Atatürkçü Düşüncə Dərnəyi Dənizli bölməsinin başqanlarından Gülizar Biçer Karacanın səyləri ilə Soner Yalçın zaminə buraxılıb. Bir neçə saat sonra Soner Yalçın məhkəmədə ifadə verəcək.

Məhkəməyə qədər mətbuat konfransı keçirəcəyini bildirən Yalçın hansı iş üzrə haqqında həbs qərarı çıxarıldığını açıqlamayıb. Yalçın polislərin səhər saat 5-də otelə basqınını da özünəməxsus yorumlayıb: “Qabaqlar polislər saat 5.30-da gəlirdilər. Saatlar geri çəkilib axı, ona görə, 5-də gəlmişdilər”. Bununla Soner Yalçın AKP iqtidarını sarsıdan "17 dekabr - Böyük rüşvət əməliyyatı"na işarə vurub. Həmin gün əməliyyat 5.30-da başlamışdı.

Qeyd edək ki, Soner Yalçın AKP iqtidarının sərt tənqidçilərindəndir. Yazar dəfələrlə hakim komandanı Türkiyə Cümhuriyyətinin təməllərini sarsıtmaqda, PKK və İŞİD-lə bağlı yanlış siyasət yürütməkdə ittiham edib.

 

Tarix
26 Oktyabr 2014 [17:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin