Ana səhifə
24 Sentyabr 2018

Ebola 2 yaşlı uşağın canını aldı

Ebola virusu bu dafə Malidə ilk xəstənin canını aldı.

 

Ucnoqta.azanspress-ə istinadən xəbər verir ki, bununla da Mali Ebola virusunun yayıldığı altıcı Cənubi Afrika ölkəsi oldu.

Mali Səhiyyə Nazirliyi Ginenin paytaxtı Konakridən gələn 2 yaşlı xəstənin öldüyü barədə məlumat yayıb. Körpəyə Ebola diaqnozu 23 oktyabr tarixində qoyulmuşdu.

Körpənin ölümündən sonra xəstənin təmasda olduğu və onunla maraqlanan həkim briqadasının karantinə götürüldüyünü də açıqlayıb.

ÜST Eboladan ölənlərin sayının 4 min 922 olduğunu bildirib.

ÜST Afrika ölkəsi olan Malidə ölüm hadisəsindən sonra xəsatəliyin keçici olmasına qarşı diqqətli olmaq barədə xəbərdarlıq edib. 

Təşkilat uşağın səfəri zamanı virusu başqalarına keçirmə ehtimalının olmasına diqqət çəkib.

Anası ilə ölkəyə gələn körpənin bir neçə kənddən keçdiyini bildirən təşkilat, onların cənubda yerləşən Kayesə gəlməzdən əvvəl paytaxt Bamakoda 2 saat qalmasının qeydə alıb.

Tarix
26 Oktyabr 2014 [16:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin