"Air Astana" İran üzərindən uçuşları dayandırdı

08:43 - 15 Yanvar 2026 - DÜNYA

Qazaxıstanın "Air Astana" şirkətinin bəzi planlı və çarter reysləri İran hava məkanından kənar həyata keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətinin açıqlamasında bildirilib.

"Air Astana" şirkəti İran hava məkanının bağlanması səbəbindən bəzi planlı və çarter reyslərinin marşrutunda dəyişikliklər barədə məlumatlandırıb.

Şarm əl-Şeyx, Dubay, Doha və Mədinaya uçuşlar İran hava məkanından kənar həyata keçiriləcək.

Xəbər xətti