Ana səhifə
24 Sentyabr 2018

“Adımın və şəklimin “vicdan məhbusu” siyahısından çıxarılmasını xahiş edirəm”

Həbsdə olan jurnalist Sərdar Əlibəyli KİV rəhbərlərinə və müxalifət liderlərinə müraciət edib. 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Sərdar Əlibəyli müraciətində son günlər Avropa Parlamentinin məlum qətnaməsi və bu ətrafda yaranmış vəziyyətdən narahatçılığını ifadə edib: “Yaranmış vəziyyət, məxsusən də dünyanın çağdaş geopolitik durumunda, olduqca təhlükəli xarakter alıb. Azərbaycan hər an getdikcə artan aqressiv terrorizmin, eləcə də dünyanı yenidən bölmək istəyən transmilli qüvvələrin hədəfinə tuş gələ bilər”.

O, bütün bunları nəzərə alaraq Azərbaycanın müxalifətini və bütün ictimai-siyasi qüvvələrini milli barışıq yolunda gerçək addımlar atmağa, müstəqilliyin və dövlətin qorunması yolunda birgə fəaliyyətə çağırıb: “Bu xüsusda, bütün olub-bitənlərə rəğmən birtərəfli qaydada adımın və şəklimin “vicdan məhbusu” siyahısından çıxarılmasını xahiş edir, həbsdə olduğum müddətdə mənə dəstək olmuş bütün həmkarlarıma minnətdarlığımı bildirirəm. Dövlətimizin yaşaması, Azərbaycanın qazandığı uğurların qorunması, əldə etdiyi nailiyyətlərin daha da inkişaf etdirilməsi, o cümlədən, hələ də həllini gözləyən digər məsələlərlə yanaşı, millətimizin və dövlətimizin bir nömrəli problemi olan Qarabağ sorununun çözülməsi üçün illərdi ki davam edən düşmənçilik ritorikasından əl çəkib “yurdda sülh, cahanda sülh” amalı ilə barış və əməkdaşlıq ritorikasına keçməyin vaxtı çoxdan çatıb deyə düşünməkdəyəm”.

Tarix
4 Oktyabr 2014 [20:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin