Ana səhifə
19 Noyabr 2018

Sahibkar-müvəkkil kredit təşkilatı münasibətləri möhkəmlənib

Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilib

 

 

Dövlətin yüksək diqqət və qayğısı sahibkarlıq subyektlərinin inkişafını təmin edir. Güzəştli kreditlər sayəsində yeni müəssisələr açılır, əvvəlki müəssisələr isə yenidən qurulur. Bu istiqamətdə görülən tədbirlər Beyləqan rayonunda da uğurla davam etdirilir. Beyləqan rayonunda sahibkarlara verilən güzəştli kreditlərin məbləği hər il artır. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin xətti ilə rayonda heyvandarlıq sahəsinə 350,0 min manat və bağçılıq sahəsinə 140,0 min manat məbləğində güzəştli kreditlər verilib. Heyvandarlığı inkişaf etdirmək məqsədi ilə sahibkarlara lizinq yolu ilə 27 baş damazlıq heyvan satılıb. Beyləqan Broyler ASC-də 25 min başlıq 5 sexdə yenidənqurma işləri aparılıb və illik istehsal gücü 1000 ton olan quş əti istehsal edən sexlər fəaliyyətə başlayıb. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də Beyləqan rayonunda fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsi həyata keçirilib. Mayın 15-də Birinci Aşıqlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Beyləqanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir. 90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Beyləqan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, ət kəsimi, pendir istehsalı, meyvəqurutma, dondurma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2100-ə yaxın sahibkara 73,8 milyon manat güzəştli kredit verilib Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10345 investisiya layihəsinin maliyyələşdirilməsinə 423,4 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 34700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

 

İşgüzar forum çərçivəsində Beyləqan və ətraf rayonlardan olan 92 sahibkara 2,8 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 150-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Beyləqanda güzəştli kredit ayrılıb və 4000 ha ərazidə yaradılmış iri fermer təsərrüfatlarına baxış keçirilib.

Bundan başqa, 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında aparılan hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 4503 istehsalçıya 436183 manat yardım verilib. Bundan əlavə Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin dəyərinin orta hesabla 70 faiz güzəştlə satılması qaydalarına uyğun olaraq hesabat dövründə 1814 nəfər məhsul istehsalçısına 1113,1 min manat dəyərində 2727 ton güzəştli şərtlərlə mineral gübrə satılıb. Hazırda rayonda iri taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə yeni torpaq sahələrinin seçilməsi və yeni yaradılacaq təsərrüfatlarla əlaqədar digər məsələlərin həlli davam etdirilir. Rayonda taxıl toxumçuluğunun inkişafı məqsədilə 9 özəl toxumçuluq təsərrüfatı yaradılıb və hal-hazırda toxumçuluq fəaliyyəti ilə məşğul olurlar. Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan rayon İdarəsinin inzibati-laboratoriya binasının tikintisi işləri davam etdirilir. 2015-ci ilin 6 ayı ərzində qarayara xəstəliyinə qarşı 51984 baş iri buynuzlu, 285105 baş xırda buynuzlu, 1956 baş təkdırnaqlı heyvanlarda, Nodulyar dermatit xəstəliyinə qarşı 52464 baş iri buynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 137975 baş davarda profilaktik peyvəndləmələr aparılıb. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 13866 baş iri buynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilmiş, nəticədə 17 baş iri buynuzlu heyvanın xəstə olduğu aşkar edilmişdir. Xəstə heyvanlar bruselyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatdan çıxarılıb. Bu da sahibkarlıq subyektlərində xəstəliyin yayılmasının qarşısını alıb.

 Bundan əlavə, “Aqrolizinq” ASC-nin müasir infrastruktura, ofis binasına, kənd təsərrüfatı texnikalarının saxlanması üçün meydançalara, gübrə anbarına və müasir avadanlıqlarla təchiz olunmuş təmir emalatxanasına malik Beyləqan rayon aqroservis filialı 61 ədəd, o cümlədən 23 ədəd taxılyığan kombayn, 11 ədəd traktor və 27 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları ilə təchiz edilmiş və kənd təsərrüfatı məhsulları istehsalçılarına 20 addan çox aqrotexniki xidmət göstərilir. Bundan əlavə, 599 ədəd, o cümlədən 15 ədəd taxılyığan kombayn, 205 ədəd traktor, 5ədəd ekskavator və 374 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları fiziki və hüquqi şəxslərə lizinqə verilib. Bunlar isə sahibkarlığın rayonda inkişafına təkan verir. Bu rayonun 2015-ci ilin  birinci yarım ilinin nəticələrində də özünü göstərib. Beyləqan rayonunda 2015-ci ilin birinci yarım ilin ümumi məhsul buraxılışı 88.5 milyon manat, sənaye məhsullarının istesal həcmi 102 faiz, kənd təsərüfatı məhsullarının  istehsal həcmi 54.2 milyon manat o, cümlədən bitgiçilik məhsulları 26.1 milyon manat, heyvandarlıq məhsulları istesalı 28.1 milyon manat olub. Altı ay ərzində əsas Kapitala yönəldilmiş investisiyalar 12.9 milyon manat, tikinti quraşdırma işləri 12.3 milyon manat təşgil edib.

Görülən işlər rayonda sahibkarlığın inkişafına önəm verildiyi və bunun da sosial-iqtisadi inkişafda özünü göstərdiyini ortaya qoyur.

 

Tarix
13 Avqust 2015 [19:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin