Ana səhifə
21 Noyabr 2018

Masallıda poçt müdirini maşınqarışıq kanala atdılar

Masallının qalmaqallı Gəyəçöl bələdiyyə sədri Bəybala Əsədovla bağlı redaksiyamıza daha bir məlumat daxil olub.

 

 

Ucnoqta.az” xəbər verir ki, Axar.az-a kənd sakinlərindən verilən xəbərə görə, bir müddət əvvəl şadlıq evlərindən birinin sahibi İlham Abışov tərəfindən döyülən bələdiyyə sədri B.Əsədov Gəyəçöldə 27 sakinə torpaq sataraq pullarını alıb.

 

Torpaq alverində onun sağ əli isə kəndin poçt məntəqəsənin müdiri Cavidan Şükürov olub. Ancaq çox çəkməyib ki, torpaqların qanunsuz satışına görə kənd sakinləri C.Şükürovdan və B.Əsədovdan pullarını geri tələb ediblər.

 

Onlardan biri Gəyəçöl sakini Əzizağa İbadovdur. Hətta onunla Şükürov arasında mübahisə də yaranıb. Belə ki, bu yaxınlarda Ə.İbadov C.Şükürovun maşınını vuraraq kanala salıb. O, pulunun qaytarılmamasına etiraz olaraq bu addımı atıb. C.Şükürov isə bu hərəkətinə görə onu həbslə hədələyib.

 

Xəbərdə qeyd edilir ki, Gəyəçöl bələdiyyəsinin torpaq qalmaqalı böyüyüb və tərəflər arasında gərginlik hazırda pik həddədir. 

Tarix
26 Oktyabr 2014 [13:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin