Türkiyədə Mərmərə dənizi sahildən təxminən 20 metr geri çəkilib.
Ucnoqta.az bildirir ki, Haberturk televiziya kanalı bu barədə 16 dekabrda məlumat verib.
Kanalın məlumatına görə, hadisə Türkiyənin qərbindəki Tekirdağ əyalətinin Mərmərə Ereglisi bölgəsində baş verib. Bu, yerli sakinlər arasında narahatlıq yaradıb.
Kanal suyun geri çəkildiyi yerdə qum adalarının əmələ gəldiyini və dayaz sularda bir neçə qayığın qaldığını qeyd edir.