Ana səhifə
19 Sentyabr 2018

Xalq artistinin ayağı amputasiya olundu - FOTO

Xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub.

 

 

Bu barədə APA-ya M. Maniyevin xanımı Nəsibə Maniyeva məlumat verib. O, qeyd edib ki, xalq artisti bu gün Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub:

 

“Əməliyyat sol ayağından olunub. Sol ayaq topuq nahiyyəsindən amputasiya olunub. Bir müddət əvvəl barmağında qaralma var idi. Biz düşünürdük ki, ən pis halda barmaq kəsilər, amma mümkün olmadı. Həkimlər əməliyyatı vacib hesab etdilər. Əgər ayaq amputasiya olunmasaydı, qanda zəhərlənmə ola bilərdi, bu da yuxarı ətrafların səradan çıxmasına gətirib çıxarardı”.

 

Həyat yoldaşı bildirib ki, M. Maniyev hazırda reanimasiyadadır: “Ümid edirik ki, reanimasiyadan palataya yerləşdirilməsi çox çəkməyəcək. Baş həkimə də, həkimlərlə də danışmışıq, əllərindən nə gəlirsə, edirlər”.

 

Qey dedək ki, M. Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib.

Tarix
11 Avqust 2015 [15:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin