"Qurd dərəsi"ndə meyit tapıldı

16:11 - 10 Dekabr 2025 - HADİSƏ

Sumqayıtda meyit tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri, Qurd dərəsi bağlarında qeydə alınıb.

Araşdırmalar zamanı orada tapılan meyitin 2002-ci il təvəllüdlü Kənan Sərvan oğlu Nəsirli olması müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti