Putin Türkmənistana səfər edəcək

14:11 - 10 Dekabr 2025 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin 11 dekabrda iki günlük səfərlə Aşqabada səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya lideri Türkmənistan paytaxtında tədbirlərdə iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Dövlət başçısı Türkmənistana Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Neytrallıq Günü və ölkənin daimi neytrallığının 30 illiyinə həsr olunmuş forumda iştirak etmək üçün gələcək.

Xəbər xətti