Qərb sahilinin ilhaq qərarı müzakirə mövzusu olaraq qalır - Netanyahu

17:44 - 7 Dekabr 2025 - DÜNYA

İsrailin Baş naziri Benyamin Netanyahu Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında Qərb Sahilinin ilhaq edilməsi ilə bağlı siyasi qərarın "müzakirə mövzusu olaraq qaldığını", lakin İsrailin bu ərazilərdə təhlükəsizlik nəzarətinin qüvvədə qalacağını bildirib.

Ucnoqta.az xəbər verir ki, Netanyahu İsrailin hazırda İordan çayı ilə Aralıq dənizi arasındakı təhlükəsizliyə nəzarət etdiyini qeyd edib.
"Biz də bunu edirik. Və bu prinsip yaxın gələcəkdə də qüvvədə qalacaq. Bunun siyasi ilhaq məsələsi ilə heç bir əlaqəsi yoxdur, bu məsələ müzakirə mövzusu olaraq qalır", - Netanyahu bildirib.

Xəbər xətti