Əfqanlstan Pakistan sərhəddində atışma

08:56 - 6 Dekabr 2025 - DÜNYA

Dekabrın 5-də axşam saatlarında Çaman sərhəd keçid məntəqəsi yaxınlığında Pakistan və Əfqanıstan qüvvələri arasında artilleriya atəşi baş verib. İslamabad və Kabil bir-birini hücumu təhrik etməkdə ittiham edir.

Ucnoqta.az bildirir ki, "Dawn" qəzeti mənbələrə istinadən xəbər verir.

Qəzet qeyd edir ki, Pakistan rəsmilərinin məlumatına görə, Əfqanıstan qüvvələri Pakistan ərazisinə ilk minaatan atəşi açıb. Lakin Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahidin açıqlamasına görə, Əfqanıstan qüvvələri Pakistanın Qəndəhar əyalətinin Spin Boldak rayonunda zərbələrinə cavab verirdilər.

Qəzetin mənbələrinə görə, atışma yerli vaxtla saat 22:00 radələrində başlayıb və gecənin gec saatlarına qədər davam edib. Üç yaralı rayon xəstəxanasına aparılıb. Ölən olmayıb.

Xəbər xətti