FIFA Trampı mükafatlandırdı

21:33 - 5 Dekabr 2025 - İDMAN

ABŞ prezidenti Donald Tramp FİFA Sülh Mükafatı ilə təltif olunub.

Ucnoqta.az xəbər verir ki, ölkə başçısına mükafat 2026-cı il dünya çempionatının final mərhələsinin püşkatma mərasimindən əvvəl təqdim olunub.

Tramp mükafat qazanmaq yox, həyat xilas etmək istədiyini bildirib.

ABŞ prezidenti Donald Tramp bu açıqlamanı Vaşinqtondakı Kennedi Mərkəzində keçirilən 2026-cı il Dünya Kubokunun püşkatma mərasimindəki çıxışı zamanı FIFA Sülh Mükafatını almaq ehtimalı ilə bağlı sualı cavablandırarkən edib.

"Bilmirəm, alacağam. Rəsmi olaraq məlumatlandırılmamışam. Sülh Mükafatı haqqında eşitmişəm... Həyat xilas etmək istəyirəm. Mənə mükafatlar lazım deyil, həyatı xilas etməliyəm və biz milyonlarla insanı xilas edirik", - deyə Amerika lideri bildirib.

Xəbər xətti