Göyərtəsində 180 sərnişin olan təyyarə eniş zamanı ALOVLANDI

08:07 - 5 Dekabr 2025 - HADİSƏ

Braziliyada sərnişin daşıyan təyyarə uçuş-enmə zolağında alovlanıb.

Ucnoqta.az teleqram kanalına istindla xəbər verir ki,  Quarulhosda LATAM Brasil Airbus A320 təyyarəsində böyük yanğın baş verib.

Şahidlərin sözlərinə görə, kabin kəskin tüstü ilə örtülüb və sonra pəncərədən alovlar görünüb. Sərnişinlərin təcili təxliyəsi başlayıb.

 Təyyarədə təxminən 180 nəfər olub.

 Təyyarənin yaxınlığında yanan forklift səbəbindən sərnişinlər təxliyə edilib. Alov təyyarəyə yayılıb, lakin tez bir zamanda söndürülüb.

Xəbər xətti