Zelenskinin təyyarəsinin yaxınlığında naməlum dronlar uçub

00:19 - 5 Dekabr 2025 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi eniş etdikdən bir neçə dəqiqə sonra Dublin hava limanı yaxınlığında dörd naməlum PUA uçub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İrlandiyanın "The Journal" onlayn nəşri mənbələrə istinadən məlumat verib.

Məlumata görə, hadisə 1 dekabr bazar ertəsi axşamı, yerli vaxtla saat 23:00 radələrində baş verib. Dronlar Dublinin şimal-şərqindən havaya qalxıb və təxminən iki saat havada qalıblar.

Onlar Zelenskinin təyyarəsinin planlaşdırılmış uçuş cədvəlinə uyğun olaraq, cədvəldən əvvəl uçuş marşrutuna daxil olublar.

Dronlar daha sonra Zelenskinin səfəri ilə əlaqədar İrlandiya dənizində gizli şəkildə patrul xidməti göstərən İrlandiya Hərbi Dəniz Qüvvələrinin gəmisinin üzərində qısa müddətə dövrə vurublar.

Nəşr qeyd edir ki, dronları kimin işə saldığı və idarə etdiyi, eləcə də onların hazırkı yeri hələ məlum deyil.
İrlandiya hakimiyyəti hərbi gəmidə lazımi silahların olmaması və patrul xidməti göstərən Hərbi Hava Qüvvələri təyyarələrinin müdaxilə etməməsi səbəbindən dronları vurmamaq qərarına gəlib. Hadisə polisə, Baş nazirə, Ədliyyə Nazirliyinə və Müdafiə Nazirliyinə bildirilib.

"The Journal" qəzeti Zelenskinin İrlandiyaya səfərinin başqa cür hadisəsiz keçdiyini vurğulayır.

Xəbər xətti