Məhkumun gizlətdiyi silah-sursat tapıldı

10:18 - 2 Dekabr 2025 - Xəbər

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

Ucnoqta.az xəbər verir ki, əməliyyat nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryolu xəttinin yanındakı tikilidə gizlədilmiş 1 ədəd “TT” markalı tapança, 1 ədəd tapança darağı, 5 ədəd 7,62 kalibrli tapança patronu, 4 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd “F-1” markalı əl qumbarası və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti